Əsas səhifə » Azərbaycan bu gün də eyni ədalətsizlik və haqqsızlıqlarla üz-üzədir – Deputat

Azərbaycan bu gün də eyni ədalətsizlik və haqqsızlıqlarla üz-üzədir – Deputat

Aytac Suleymanova

Bakı. AzerPress:

Bu gün dünyamız heç zaman olmadığı qədər ağır və mürəkkəb bir mərhələyə daxil olub. Dünya nizamı artıq pozulub, yeni nizamın qurulması isə görünən odur ki, hələ bir müddət çəkəcək. Bu da reallıqdır ki, bu gün beynəlxalq təşkilatların fəaliyyətində ədalətsizlik, dünyada baş verən hadisələrə ikili standartlarla yanaşma getdikcə daha da geniş vüsət alır. Bu gün təəssüf ki, haqsızlığa və təcavüzə məruz qalan dövlətlər deyil, təcavüzkar və terror törədən dövlətlər dəstəklənir. 30 il ərzində biz bunu açıq-aydın gördük. Ancaq bütün haqsızlıq və ədalətsizliklərə baxmayaraq Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün çətinliklərə sinə gərərək öz möhtəşəm qələbəsini təmin edib.

AzerPress xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.

“Təəssüf ki, Azərbaycan hər zaman olduğu kimi bu gün də eyni ədalətsizlik və haqqsızlıqlarla üz-üzədir. Heç nə dəyişməyib. Ancaq bütün bunlar bizi haqq yolundan və başlatdığımız müqəddəs missiyadan çəkindirə bilməz. Bu gün bizim qarşımızda çox ciddi missiya və hədəflər durur. Biz dövlətçiliyimizi, müstəqilliyimizi və qələbəmizi daha da möhkəmləndirməli, Qarabağda həyata keçirilən böyük abadlıq və quruculuq işlərini sürətləndirməliyik. Heç şübhəsiz ki, Azərbaycan bu missiyanın da öhdəsindən hər zaman olduğu kimi, uğurla və ləyaqətlə gələcək. 2020-ci ildə Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki bölgədə bütövlükdə dünyamızda yeni reallıq yaratdı. Bu qələbənin və uğurun əsas səbəbkarı məhz prezident İlham Əliyevdir.

banner

Bütün bunlar nəzərə alınaraq ölkəmizdə yeni Prezident seçkilərinin keçirilməsi barədə qərarın qəbul edilməsi Prezident İlham Əliyevin növbəti müdrikliyinin və uzaqgörənliyinin parlaq təzahürüdür. Biz təhlükəsizliyimizi, birlik və həmrəyliyimizi daha da gücləndirməliyik.

Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bizi irəlidə hələ daha böyük qələbələr gözləyir. Azərbaycan xalqı hər zaman bütün sınaqlardan ölkə rəhbərliyi ətrafında sıx birləşərək çıxıb. Bu dəfə də xalqımız böyük müdriklik və uzaqgörənlik nümayiş etdirərək növbəti dəfə öz liderlərinə sadiqliklərini nümayiş etdirəcəklər”,- deyə deputat qeyd edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice