Bakı, AzerVoice
ABŞ dövlət katibi Antoni Blinken, Ayşenur Ezginin İsrail əsgərləri tərəfindən öldürülməsinin haqsız olduğunu deyib.
AzerVoice xəbər verir ki, Blinken ikinci gün Londonda keçirilən mətbuat konfransında iştirak edib.
Blinken konfrans zamanı deyib ki,“heç kim sırf etiraz aksiyasında iştirak etdiyi üçün öldürülə bilməz”.
Xarırladaq ki, Türkiyə və ABŞ vətəndaşı olan Ayşenur Ezgi İordan çayının qərb sahilində İsrailin hücumlarına qarşı keçirilən aksiya zamanı başından vurularaq öldürülmüşdü.
İsrail ordusundan bu gün verilən açıqlamada, Ezginin İsrail qüvvələri tərəfindən öldürülməsinin qəsdən olmadığı bildirilib.
Həmçinin o da bildirilib ki, İsrail Ayşenur Ezginin cəsədinin yarılmasını istəyib.
Qeyd edək ki, İsrailin, İordan çayının qərb sahilində əməliyyatlara başlamasından bu yana ən azı 24 fələstinli həlak olub, 110 fələstinlini həbs edilib.
Həmas və İslami Cihad Hərəkatı öldürülənlərin əksəriyyətinin öz üzvləri olduğunu bildirib.