Əsas səhifə » AVRO-2024-də ikinci finalçı da müəyyənləşir

AVRO-2024-də ikinci finalçı da müəyyənləşir

Narmin Ağayeva

Bakı, AzerVoice

AVRO-2024-də bu gün ikinci finalçı da müəyyənləşəcək.

AzerVoice xəbər verir ki, yarımfinalda İngiltərə və Niderland milliləri üz-üzə gələcək.

Almaniyalı referi Feliks Şvayerin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İngiltərə millisi 1/4 finalda penaltilər seriyasında İsveçrəyə qalib gəlib. Niderland isə Türkiyədən üstün olub.

banner

Xatırladaq ki, ötən gecə Fransaya qalib gələn (2:1) İspaniya millisi finala yüksəlib.

10 iyul

Avro-2024

Yarımfinal

23:00. Niderland – İngiltərə

Baş hakim: Feliks Şvayer (Almaniya).

Dortmund, “Siqnal İduna Park”.

9 iyul

İspaniya – Fransa – 2:1

Digər Kateqoriyalar

2023 © AzerVoice