Əsas səhifə » ASELSAN-ın ilk 6 ayda xalis mənfəəti 133 faiz artıb

ASELSAN-ın ilk 6 ayda xalis mənfəəti 133 faiz artıb

Hafiz Rufizoglu

Bakı, AzerVoice

ASELSAN-ın ilin ilk yarısında dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 35,7 milyard türk lirəsinə çatdığı halda, xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 133 faiz artaraq 3,6 milyard türk lirəsinə çatıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə İctimaiyyəti Məlumatlandırma Platformasının (KAP) nəticələri açıqlayıb.

Şirkətin ilin ilk altı ayında dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 35,7 milyard TL-yə çatdığı halda, imzalanan yeni müqavilələr keçən ilin eyni dövrü ilə müqayisədə 124 faiz artaraq 2,6 milyard dollara çatıb.

banner

Beləliklə, ASELSAN-ın 2023-cü ilin sonunda 11 milyard dollar olan qalan sifarişləri 11 faiz artaraq 12,3 milyard dollara çatıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice