Əsas səhifə » Argentina Copa America-ya qələbə ilə başlayıb

Argentina Copa America-ya qələbə ilə başlayıb

Fərid Mikayilov

Bakı,VOA

ABŞ-ın ev sahibliyi etdiyi 2024-cü il Cənubi Amerika Futbol Çempionatının (Copa America) açılış matçında Argentina Kanadanı 2:0 hesabı ilə məğlub edib.

VOA xəbər verir ki, Mercedes-Benz stadionunda A qrupunda yer alan Argentina və Kanada milliləri üz-üzə gəlib.

Son dünya çempionu Argentina 49-cu dəqiqədə Julian Alvares və 88-ci dəqiqədə Lautaro Martinezin qolları ilə matçı 2-0 qazanaraq turnirə üç xalla başlayıb.

banner

Argentinanın ulduz futbolçusu Lionel Messi yarışın ikinci qolunun asisstini edərək, Amerika Kubokunda 7 fərqli matçda assist edən ilk futbolçu olub.

Qeyd edək ki, qrupun ikinci oyununda Argentina Çili ilə, Kanada isə Peru ilə qarşılaşacaq.

Digər Kateqoriyalar

2023 © AzerVoice