Əsas səhifə » Amerika kubokunda Argentina finala yüksəlib

Amerika kubokunda Argentina finala yüksəlib

Narmin Ağayeva

Bakı, AzerVoice

Amerika kubokunda yarımfinal mərhələsi start götürüb.

AzerVoice İdman.biz-ə istinadən xəbər verir ki, ABŞ-da keçirilən yarışın ilk finalçısı Argentina ilə Kanadanın duelində bəlli olub.

Hər hissədə bir qol vuran cənubi amerikalılar 2:0 hesablı qələbə qazanıb. Lionel Messi və komandasının rəqibi bu gecə müəyyənləşəcək. Finala vəsiqə üçün Uruqvayla Kolumbiya üz-üzə gələcək.

banner

Qeyd edək ki, Argentina turnirin son qalibidir.

Amerika kuboku
Yarımfinal
10 iyul
Argentina – Kanada – 2:0
Xulian Alvares, 22, Lionel Messi, 51

Digər Kateqoriyalar

2023 © AzerVoice