Əsas səhifə » Aman nədir ?

Aman nədir ?

Azer Voice

Bakı,VOA

İslam ölkəsinə daxil olmaq, yaxud İslam ordusuna təslim olmaq istəyən qeyri-müsəlmana verilən yaşamaq və mülkiyyət zəmanəti.

Bu termin “əmin olmaq və güvənmək” mənasında islamaqədərki dövrdə də ərəblər arasında istifadə olunurdu. Qəbilələrarası müharibələrdə mümkün qədər qan tökülməsinə imkan verməmək üçün təslim olmaq şərti ilə mal və can təhlükəsizliyinin təmin edilməsi “aman” sayəsində mümkün idi.

Sülh şəraitində qəbilələrarası (dövlətlərarası) iqtisadi və ictimai münasibətlər çərçivəsində qəbilənin sərhədləri daxilindəki qeyri-qəbilə üzvünün təhlükəsizliyi üçün nəzərdə tutulmuşdur. Mədinə dövründən etibarən, Məhəmməd peyğəmbər tərəfindən də davam etdirilən aman ənənəsi sonrakı İslam dövlətlərində də tətbiq olunmuşdur.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice