Əsas səhifə » Am hasaqula nədir?

Am hasaqula nədir?

Azer Voice

Bakı,VOA

Am hasaqula yəhudilikdə İsrailoğullarının seçilmiş xalq olduğuna dair inancdır. Yəhudilikdə əsas inanclardan biri olmamaqla yanaşı, İsrailoğullarının bir xalq kimi Tanrı tərəfindən seçildiklərinə və xüsusi bölgənin onlara vəd olunduğuna dair inancın əsasıdır.
Qədim Əhddə “Siz Tanrınız Rəbb üçün müqəddəs bir qövmsünüz. Tanrınız Rəbb öz xüsusi qövmü olasınız deyə, Yer üzündəki digər millətlər arasından sizi seçdi” (Qanunun təkrarı, 7/6) ifadələri ilə qeyd edilən bu anlayışın əsasında İsrailoğullarının Tanrı ilə əhdi, digər xalqların isə bunun əksi olan bütpərəstliyi təmsil etməsi dayanır. Tövratda Tanrının İbrahim peyğəmbərlə (Yaradılış, 17/6-8) və Musa peyğəmbərlə (Qanunun təkrarı,7/12-13; 26/18-19; 28/1-14) bağlanmış əhdindən bəhs edilir.

Digər Kateqoriyalar

2023 © AzerVoice