Əsas səhifə » Akılbek Japarov Çinə rəsmi səfər edəcək

Akılbek Japarov Çinə rəsmi səfər edəcək

Fərid Mikayilov

Bakı,VOA

Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov iyunun 25-dən Çin Xalq Respublikasının (ÇXR) Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərinə işgüzar səfərə gedəcək.

VOA xəbər verir ki, səfər çərçivəsində A.Japarov “Çin-Avrasiya EXPO: İpək Yolunda yeni imkanlar və Avrasiya üçün yeni canlılıq” tədbirinin səkkizinci beynəlxalq sərgisində iştirak edəcək.

İkitərəfli görüşlər çərçivəsində siyasi, iqtisadi, mədəni, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlıqlar müzakirə olunacaq.

banner

Bundan əlavə, A.Japarovun böyük korporasiya və şirkətlərin rəhbərləri ilə görüşü gözlənilir.

Görüşlər zamanı bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Digər Kateqoriyalar

2023 © AzerVoice