Əsas səhifə » AK Partinin İstanbul namizədinin kimliyi məlum olub

AK Partinin İstanbul namizədinin kimliyi məlum olub

Laman Asadli

Bakı. AzerPress:

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyükşəhər bələdiyyə başçısı seçkilərində namizədinin kimliyi məlum olub.

AzerPress xəbər verir ki, böyükşəhər bələdiyyə başçısı seçkilərində Əkrəm İmamoğlunun rəqibi Murat Kurum olacaq.

Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində keçiriləcək tədbirdə 12 böyükşəhər və 28 bələdiyyə başçısı namizədlərinin adlarını açıqlayacaq.

banner

Qeyd edək ki, Murat Kurum Türkiyənin keçmiş ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziridir. Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər bu il martın 31-də keçiriləcək.

Digər Kateqoriyalar

2023 © AzerVoice