Əsas səhifə » AK Parti Mərkəzi Qərar və İdarə Heyətinin bu gün iclası keçiriləcək

AK Parti Mərkəzi Qərar və İdarə Heyətinin bu gün iclası keçiriləcək

Laman Asadli

Bakı. AzerPress:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün ölkənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Mərkəzi Qərar və İdarə Heyətinin (MKYK) iclası keçiriləcək.

AzerPress xəbər verir ki, iclasda müzakirə ediləcək məsələlər arasında İsrailin Qəzzaya hücumları olacaq. Bölgədəki humanitar vəziyyət və Türkiyənin Fələstindəki diplomatiyası ilə bağlı qiymətləndirmə aparılacaq.

Məlumata əsasən, MKYK toplantısının digər gündəm maddəsi 31 mart 2024-cü ildə keçiriləcək yerli özünüidarə seçkilərinə hazırlıq olacaq.

banner

Bələdiyyə sədrliyinə namizədlərin müəyyən edilməsi üçün dünən ilk iclasını keçirən Namizədlik Komissiyasının işi müzakirə olunacaq.

AK Partiya ilə Milliyətçi Hərəkat Partiyası (MHP) heyətləri arasında bələdiyyə seçkilərində əməkdaşlıqla bağlı müzakirələrdə son vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, Türkiyədə 31 mart 2024-cü ildə bələdiyyə seçkiləri keçiriləcək.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice