Əsas səhifə » Aİ-da qanunsuz ələ keçirilən ketamin sayı yeddi ildə 5 dəfə artıb

Aİ-da qanunsuz ələ keçirilən ketamin sayı yeddi ildə 5 dəfə artıb

Yamin Savalanli

Bakı, AzerVoice

Avropa İttifaqında (Aİ) qanunsuz ələ keçirilən ketamin sayı son illərdə təxminən 5 dəfə artaraq 2015-ci ildəki 701-dən 2022-ci ildəki 3462-yə çatıb.

AzerVoice xəbər verir ki, 1960-cı illərdə tibbi anesteziya vasitəsi kimi ortaya çıxan ketamin 1990-cı illərdə əyləncə məqsədli bir narkotik vasitəyə çevrilməsindən sonra son günlərdə Avropada böhran yaratmağa başlayıb.

Bu rəqəm həmin il müsadirə edilmiş bütün yeni psixoaktiv (ruh halında, davranışlarda müvəqqəti dəyişikliklərə səbəb olan kimyəvi maddələr) maddələrin 9 faizini təşkil edib.

banner

Son illərdə tədqiqatçılar depressiyanın müalicə edilməsində aşağı dozada ketaminin potensialını araşdırırlar. Bundan əlavə, Çexiya, Polşa, İspaniya, İngiltərə və İsveçrə də daxil olmaqla, Avropanın bir çox yerində ketaminlə müalicə klinikaları açılmışdır.

Bununla belə, dərman haqqında ictimaiyyətin məlumatlılığı amerikalı aktyor Matthew Perrynin 2023-cü ildə “ketaminin kəskin təsirindən” vəfat etməsindən sonra artmağa başladı.

Perry ilk dəfə dərmanı depressiya və narahatlığı müalicə etmək üçün qanuni bir reseptlə əldə edib, sonra isə ABŞ-da qeyri-qanuni yolla alıb.

Aİ-nin dərman tənzimləyici qurumu, Avropa Dərman Agentliyi (EMA), 2019-cu ildə müalicəyə cavab verməyən depressiya hallarında əsas hissəsi ketamindən ibarət olan esketamindən dərman vasitəsi kimi istifadə edilə biləcəyinə icazə verib.

Bəzi xəstəxanalarda və baytarlıq klinikalarında hələ də ağrıkəsici və sakitləşdirici vasitə kimi istifadə olunur.

Bununla belə, əyləncə məqsədilə istifadə edilməsinin təhlükələri səbəbindən ketamin Litva və Fransa kimi bir çox ölkədə nəzarət altında olan maddə hesab olunur.

Digər Kateqoriyalar

2023 © AzerVoice