Əsas səhifə » Ağdamın mərkəzi parkı belə olacaq

Ağdamın mərkəzi parkı belə olacaq

Aytac Suleymanova

Bakı. AzerPress:

Ağdamda 5 hektar ərazidə mərkəzi park salınacaq.

AzerPress xəbər verir ki, yenidən qurulan Ağdam şəhərində buraya köçürələcək keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün hər cür şərait yaradılır.

Ağdamda yeni salınan yaşayış kompleksləri ilə yanaşı Ağdam şəhərində 5 hektar ərazidə mərkəzi park salınacaq.

banner

Mərkəzi parkın ümumi ərazisi dörd zonaya ayrılacaq. Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün şərait yaradılacaq. Burada, həmçinin su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət göstərəcək.

Digər Kateqoriyalar

2023 © AzerVoice