Əsas səhifə » ABŞ vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırıb

ABŞ vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırıb

Tasnim İsmixan

Bakı. VOA

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller həmvətənlərini Rusiyaya səfərdən çəkinməyə çağırıb.

VOA xəbər verir ki, bu barədə ABŞ rəsmisi mətbuat konfransında bildirib.

“Heç bir amerikalı heç bir səbəbdən Rusiyaya səfər etməməlidir. Başa düşürəm ki, bəzən Rusiyada qohumları olan amerikalılar, çox vaxt səhhətində problem olan qocalara baş çəkmək istəyənlərin Rusiya Federasiyasına səyahəti həyati zərurət daşıyır. Heç vaxt, heç bir səbəbdən Rusiyaya getməyin!”, – o əlavə edib.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice