Əsas səhifə » ABŞ səfirliyindən həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı verilib

ABŞ səfirliyindən həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı verilib

Narmin Ağayeva

Bakı. VOA

Bu gün mina partlayışı nəticəsində həlak olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşının ailəsinə başsağlığı veririk.

VOA  xəbər verir ki, bu barədə ABŞ səfirliyi rəsmi “Facebook” səhifəsində paylaşım edib.

“Birləşmiş Ştatlar Azərbaycanın ölkəni minalardan təmizləmək səylərini qətiyyətlə dəstəkləyir”, – paylaşımda qeyd edilib.

banner

Qeyd edək ki, bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice