Əsas səhifə » ABŞ səfirliyi vətəndaşlarını Livanı istənilən reyslə tərk etməyə çağırıb

ABŞ səfirliyi vətəndaşlarını Livanı istənilən reyslə tərk etməyə çağırıb

Tasnim İsmixan

Bakı. AzerVoice

Bir neçə aviaşirkət Livandan uçuşları təxirə salıb, lakin hələ də adıçəkilən ölkədən bəzi istiqamətlərə təyyarə reysləri mövcuddur. Vətəndaşlarımızı bu ölkəni istənilən reyslə tərk etməyə çağırırıq.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın Beyrutdakı Səfirliyi “X” hesabında paylaşım edib.

Həmçinin qeyd edilib ki, təhlükəsizliklərinin təmin edilməsi üçün ABŞ vətəndaşları Livandan çıxmaq məqsədilə bütün mövcud imkanlardan istifadə etməlidirlər.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice