Əsas səhifə » ABŞ İsrailə 20 milyard dollarlıq silah satışına razılıq verib

ABŞ İsrailə 20 milyard dollarlıq silah satışına razılıq verib

Hafiz Rufizoglu

Bakı, AzerVoice

ABŞ administrasiyası İsrailə ümumi dəyəri 20 milyard dolları keçən yeni silahların satışını təsdiqləyib.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi açıqlama verib.

ABŞ Müdafiə Nazirliyi bildirib ki, satışa icazə verilən silahlar arasında təxminən 19 milyard dollar dəyərində F-15 reaktiv təyyarələri və avadanlıq, təxminən 774 milyon dollar dəyərində tank sursatları və 583 milyon dollar dəyərində hərbi maşınlar var.

banner

ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi təsdiq bildirişində, silah satışının “İsrailin hazırkı və gələcək düşmən təhdidlərinə qarşı durmaq qabiliyyətini artıracağı” bildirilib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice