Əsas səhifə » ABŞ hərbi təyyarələri Cənubi Koreyaya gətirilib

ABŞ hərbi təyyarələri Cənubi Koreyaya gətirilib

Fərid Mikayilov

Bakı,VOA

ABŞ-ın nüvə mühərrikli təyyarədaşıyan gəmisi Teodor Ruzvelt (CVN 71) Yaponiyanın iştirakı ilə keçiriləcək üçtərəfli birgə təlimdə iştirak etmək üçün Cənubi Koreyanın Busan şəhərinə gəlib.

VOA xəbər verir ki, Şimali Koreya təhdidinə qarşı təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması məqsədilə ABŞ, Cənubi Koreya və Yaponiya ordularının həyata keçirəcəyi birgə hərbi təlim hava, dəniz, sualtı və kiber daxil olmaqla müxtəlif sahələrdə həyata keçiriləcək.

Təyyarədaşıyan gəminin, USS Halsey və USS Daniel Inouye döyüş gəmisi ilə birlikdə dəniz bazasına daxil olduğu bildirilib. Şimali Koreya təhdidinə qarşı təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması məqsədilə ABŞ, Cənubi Koreya və Yaponiya ordularının həyata keçirəcəyi birgə hərbi təlim hava, dəniz, sualtı və kiber daxil olmaqla müxtəlif sahələrdə həyata keçiriləcək.

banner

Qeyd edək ki, ayın əvvəlində keçirilən üçtərəfli danışıqlar zamanı üç ölkənin müdafiə nazirləri birgə təlimlərə başlamaq qərarına gəliblər.

Digər Kateqoriyalar

2023 © AzerVoice