Əsas səhifə » ABŞ-da bombardmançı təyyarə qəzaya uğrayıb

ABŞ-da bombardmançı təyyarə qəzaya uğrayıb

Laman Asadli

Bakı. AzerPress:

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-1 Lancer” bombardmançı təyyarə Cənubi Dakota ştatında uğursuz eniş zamanı qəzaya uğrayıb.

AzerPress xəbər verir ki, bu barədə ABŞ KİV-i məlumat yayıb.

Təyyarənin təlim uçuşu həyata keçirdiyi və Elsuort aviabazasına eniş zamanı qəzaya uğradığı qeyd olunur. Ekipajın dörd üzvünün hamısı katapulta etməyə nail olub.

banner

İlkin versiyaya görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub. Hadisə xüsusi hərbi komissiya tərəfindən araşdırılır.

Digər Kateqoriyalar

2023 © AzerVoice