Əsas səhifə » ABŞ bütün hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərəcək

ABŞ bütün hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərəcək

Yamin Savalanli

Bakı, VOA

ABŞ hazırda ölkədə istehsal olunan bütün “Patriot” və “NASAMS” hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərəcək.

VOA xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Birləşmiş Ştatlar yaxın gələcək üçün planlaşdırılan hərbi texnika təchizatının, o cümlədən “Patriot” və “NASAMS” sistemlərinin tədarükünün prioritetini dəyişdirmək, onları digər ölkələrə yox, məhz Ukraynaya göndərməklə bağlı çətin, lakin zəruri qərar qəbul edib”, – Kirbi deyib.

banner

“ABŞ yüzlərlə hava hücumundan müdafiə sursatının müttəfiqlərinə və tərəfdaşlarına planlaşdırılan ixracını dayandıracaq və onları Ukraynaya yönləndirəcək. Əlbəttə, biz bu təsirə məruz qalan bütün ölkələrə bu fövqəladə addımı atdığımız barədə məlumat vermişik və hər hansı mənfi nəticələri minimuma endirmək üçün əlimizdən gələni edirik”,Kirbi bildirib.

Con Kirbi bildirib ki, “müttəfiqlərə çatdırılmalarının gecikdiriləcəyi barədə məlumat verildikdə, aldığımız cavab ümumilikdə “müsbət” olub. Çünki onlar Ukraynada ehtiyacın nə qədər ciddi olduğunu bilirlər.”

Kirbi, müttəfiqlərin sifarişlərinin nə qədər gözləməli olacağını bildirməyib, lakin prioritetlərin dəyişməsinin Tayvan və İsrailə təsir etməyəcəyini söyləyib.

Dövlət Departamentinin sözçüsü proses üzrə davam edən danışıqlara istinad edərək, hansı tərəfdaşların təsir altına düşə biləcəyini və ya sursatların nə vaxt yönləndiriləcəyini şərh etməkdən imtina edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice