Əsas səhifə » ABŞ 227 kiloluq MK-82 bomba tədarükünü İsrailə bərpa edib

ABŞ 227 kiloluq MK-82 bomba tədarükünü İsrailə bərpa edib

Yamin Savalanli

Bakı, AzerVoice

ABŞ daha öncə dayandırılması ilə bağlı verdiyi qərarı ləğv edərək, İsrailə yenidən 500 fundluq (227 kiloluq) bomba göndərəcək.

AzerVoice xəbər verir ki, Bayden administrasiyası Rəfahın işğalı ilə bağlı narahatlıqlar fonunda may ayından bəri saxlanılan böyük bombaları İsrailə göndərməyə davam edəcək. Lakin 2000 fundluq (907 kiloluq) MK-84 bombaları hələ də nəzərdən keçirilir.

ABŞ rəsmiləri bildiriblər ki, 1800-2000 fund çəkiyə sahib bombaların tədarükü hələ ki dayandırılıb. Amma 1700-500 fund çəkiyə sahib bombaların tədarükü davam edəcək.

banner

ABŞ-ın bu qərarı İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Gallant və Amerika İsrail İctimai Əlaqələr Komitəsi də daxil olmaqla, ABŞ-dakı israilyönlü lobbiçilərin ölümcülliyindən asılı olmayaraq bütün silah tədarükünün bərpasını tələb edən təzyiq kampaniyasından sonra verilib.

Təzyiq kampaniyasına və ilkin fasilələrə baxmayaraq, ABŞ rəsmiləri 500 funtluq bombaların Bayden administrasiyası üçün heç vaxt ciddi narahatlıq yaratmadığını söyləyib.

Amma, Vaşinqtonda yerləşən analitik mərkəzi olan Beynəlxalq Siyasət Mərkəzinin tədqiqatçısı Janet Abou-Elias 500 fundluq bombaların dağıdıcı gücünün yüngül qəbul edilməməsi lazım olduğunu söylədi. “Qəzzanın sıx məskunlaşdığı ərazilərdə 500 fundluq və 2000 fundluq bomba arasında dağıdıcı təsir göstərməsi baxımından ciddi bir fərq yoxdur. Belə ki, hər ikisi isə, həm böyük dağıntılara, həm də mülki əhalinin tələfatına səbəb olur” deyə əlavə etdi.

Qeyd edək ki, İsrailin Qəzzada hərbi əməliyyatlarının tempi bir qədər yavaşlasa da, İsrailin zərbələri kütləvi tələfat hadisələri ilə nəticələnməyə davam edir. Belə ki, çərşənbə axşamı Xan Yunus yaxınlığında məcburi köçkün fələstinlilərin sığındığı məktəbə edilən hücum nəticəsində ən azı 25 nəfər ölüb və 50 nəfər isə yaralanıb.

Bunu da əlavə edək ki, ABŞ-ın silah tədrükü ilə bağlı fasilənin qismən aradan qaldırılması barədə qərar ilk dəfə İsrailin Kanal 12-si tərəfindən məlumat verilib.

Qeyd edək ki, Netanyahunun Qəzzanın cənubunda, 1 milyondan çox fələstinlinin sığındığı Rəfah şəhərinə planlı işğal hücumu qərarından sonra göstərilən təziqlər nəticəsində ABŞ böyük bonbaların tədrüükünü dayandırmışdı.

Prezident Bayden, orada baş tutacaq böyük bir əməliyyatın “qırmızı xətti” keçəcəyini və ABŞ-ın dəstəyinin dayandırılmasına səbəb olacağını söyləmişdi. ABŞ rəsmiləri isə daha sonra bildirdilər ki, İsrailin oradakı əməliyyatları heç vaxt sərhədi keçməyib, o cümlədən mayın 26-da İsrailin Təl əl-Sultan çadır düşərgəsini bombalaması zamanı ən azı 46 fələstinlinin həlak olduğu insident də daxil olmaqla.

Həmçinin, ABŞ rəsmiləri Rəfahdakı hücumun İsrailin Xan Yunis və Qəzza şəhərindəki digər əməliyyatlarından qat-qat dəqiqliklə həyata keçirildiyini bildirib. Keçən həftə İsrail Müdafiə Qüvvələri ilk dəfə olaraq böyük bir jurnalist qrupunu Rəfahın bəzi hissələrini gəzməyə apardı. Jurnalistlər şəhərin “məhv edildiyini” və böyük ölçüdə boş olduğunu bildirdilər.

Digər Kateqoriyalar

2023 © AzerVoice