Əsas səhifə » ABŞ 11 sentyabr terroru zamanı göstərdiyi dəstəyə görə hər zaman Azərbaycana minnətdar olacaq – Səfirlik

ABŞ 11 sentyabr terroru zamanı göstərdiyi dəstəyə görə hər zaman Azərbaycana minnətdar olacaq – Səfirlik

Naile Babazade

Bakı, AzerVoice

ABŞ-ın Azərbaycandakı Səfirliyində 11 sentyabrda ABŞ-də baş verən terror hadisələrinin qurbanları yad edilib.

AzerVoice xəbər verir ki, bu barədə səfirliyin “X” sosial media hesabında paylaşım edilib.

“Bu gün səfir Mark Libby başda olmaqla, ABŞ səfirliyinin əməkdaşları Nyu-Yorkda 11 sentyabr hücumlarında həlak olmuş 2977 günahsız insanın xatirəsini yad etmək üçün toplaşıblar.Birləşmiş Ştatlar tariximizin bu faciəli anında göstərdiyi dəstəyə və yardım təklifinə görə hər zaman Azərbaycana minnətdar olacaq”, -deyə bildirilib.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice