Əsas səhifə » Yuxuda çörək görmək necə yozulur?

Yuxuda çörək görmək necə yozulur?

Aytac Suleymanova

Bakı. AzerPress:

Bir kimsə yuxusunda lavaş çörəyi görərsə, bu yuxu bolluğa, elm və hidayətə işarədir.

Yuxuda çörək tapdığını görmək ruzinin artmasına işarədir.  Əgər bir kimsə yuxusunda kasıblara çörək payladığını görərsə, bu yuxu sədaqətə və yuxu sahibinin dinində möhkəmliyinə işarədir.

Yuxuda çörəyi hündür yerdə görmək onun qiymətinin artacağına, təndirdə çörək bişirdiyini görmək isə yüksək rütbəyə işarədir.

banner

Əgər yuxunuzda çörəyin ayaqlar altında tapdalandığını görərsinizsə, bu yuxu ucuzluğa işarədir.

Yuxuda təmiz undan hazırlanmış xalis çörək görmək – xeyirli və xoş güzərana, saf elmə, gözəl və namuslu xanıma işarədir.

Bir kimsə yuxusunda ölünün ona çörək verdiyini görərsə, bu yuxu onun heç gözləmədiyi bir yerdən var-dövlət və ruzi alacağına işarə edir.

Yuxuda xırda çörək görmək, qısa ömür və az ruzi deməkdir.

Bir kimsə yuxuda çörək bişirən görərsə, bu yuxu əmin-amanlığa və yaxşı gəlirə işarədir.

Yuxuda çörək səbəti görmək şad xəbərə və firavanlığa yozulur.

Digər Kateqoriyalar

2023 © AzerVoice