Əsas səhifə » Türkiyə prezidenti BƏƏ-yə səfər edib

Türkiyə prezidenti BƏƏ-yə səfər edib

Laman Asadli

Bakı. AzerPress:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-də iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

AzerPress xəbər verir ki, R.T.Ərdoğanın sabah sammitin ilk günü çıxış edəcəyi gözlənilir.

Məlumata əsasən, o, çıxışında iqlim dəyişikliyinin dağıdıcı təsirləri ilə mübarizədə hər kəsin məsuliyyət daşıdığını vurğulayacaq, həmçinin, Qəzzada son hadisələrlə bağlı çıxış edəcək.

banner

Bundan əlavə, Prezident Ərdoğan sammit çərçivəsində bəzi liderlərlə də ikitərəfli görüşlər keçirəcək.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice