Əsas səhifə » Siyəzəndə “Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib

Siyəzəndə “Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib

Laman Asadli

Bakı. AzerPress:

Noyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şabran, Siyəzən və Xızı rayonları üzrə qazılığının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.

AzerPress xəbər verir ki, tədbirdə Siyəzən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Tağıyev, QMİ-nin Şabran, Siyəzən və Xızı rayonları üzrə qazısı Cavanşir Əfəndiyev, Siyəzən və Şabran rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, dindarlar iştirak edib.

Çıxışlar zamanı qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin qorunması və zənginləşməsinə çalışıb. Eyni zamanda Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsüyyə edirdi. Tədbirdə bildirilib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşdırıb.

banner

Daha sonra Siyəzən və Şabran rayonlarının müxtəlif məscidlərində fəaliyyət göstərən din xadimlərinin fikirləri dinlənilib, konfrans müzakirələr ilə davam etdirilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice