Bakı. AzerVoice
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
AzerVoice Vətən müharibəsinin oktyabrın 2-nə olan xronikasını təqdim edir.
– Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib;
– Oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib. Düşmənin daha bir neçə canlı qüvvə və döyüş texnikası məhv edilib. Düşmənin səhra idarəetmə məntəqəsi göyə sovurulub.
– Düşmənin təminat və döyüş vasitələri darmadağın edilib
– Ermənistan yaşayış məntəqələrimizi artilleriya atəşinə tutub. Ermənilər uşaq bağçasına zərbələr endirib.
– Ermənilər cəbhə bölgəsində çəkiliş aparan jurnalistləri atəşə tutub.
– Ağdərə istiqamətində qoşunlarımız Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayıb. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub.