Əsas səhifə » 2026 NATO Zirvəsi Türkiyədə keçiriləcək

2026 NATO Zirvəsi Türkiyədə keçiriləcək

Yamin Savalanli

Bakı, AzerVoice

2025-ci ildə Hollandiyada keçiriləcək NATO sammitdən sonra növbəti sammitin Türkiyədə keçiriləcəyi açıqlanıb.

AzerVoice xəbər verir ki, bu haqda Vaşinqtonda iki gün davam edən NATO sammitinin dərc edilən yekun bəyannaməsində bildirilib.

“Rusiyanın Ukraynada müharibəsini asanlaşdıran və dolayısı ilə uzadan hər kəsi qınayırıq. Terrorçuların və terror təşkilatlarının yaratdığı təhdid və çağırışlarla qətiyyətlə mübarizə aparmağa davam edəcəyik”- deyə bəyannamədə qeyd edilib.

Bütün ölkələri Ukraynada Rusiyaya heç bir şəkildə kömək etməməyə çağıran bəyannamədə Belarus, Şimali Koreya, İran və Çinin adları çəkilərək, “Rusiyanın Ukraynadakı müharibəsini asanlaşdıran və dolayısı ilə də uzadan hər kəsi qınayırıq” – deyildi.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice